12 Dekabr 2023 09:54
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 7-də saat 05 radələrində Sabunçu qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vaxt “Toyota” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gələrək soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər