Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin Avropa İttifaqı - Azərbaycan əlaqələrinin müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə çıxış edib. O, Azərbaycan və bütünlükdə Şərq Tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələr, region ölkələrinin üzləşdiyi qaçqın problemini dilə gətirib. Avropa İttifaqını münaqişələrin və onlardan irəli gələn problemlərin həllində daha fəal olmağa səsləyib. Millət vəkili Azərbaycanın həm nəqliyyat qovşağı, həm də enerji sahəsində mühüm tərəfdaş kimi Avropa İttifaqı üçün əhəmiyyətinin günbəgün artdığına diqqət çəkib.
Səxavət