29 Dekabr 2023 00:14
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Çərəkə və Kürd kəndlərində yerləşən mağazalarda gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin mağazalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər