30 Dekabr 2023 11:50
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 27-də axşam saatlarında rayon ərazisindəki mağazaların birindən 6500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birində satıcının 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 10-cu Polis Şöbəsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov