Qazaxıstanın Uralsk şəhərində kafelərdən birində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Teleqraf.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb qaz-hava qarışığının partlaması olub.
“Hazırda Fövqəladə Hallar Departamentinin qüvvələri dağılmış tikililərin altından 6 nəfəri çıxarıb, onlardan 5-i tibb müəssisələrinə çatdırılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Həmçinin iki nəfərin öldüyü aşkar edilib, onların şəxsiyyəti müəyyənləşdirilir”, - deyə məlumatda bildirilib.
Xilasedicilərin sözlərinə görə, dağılmış tikililərin altında daha çox insan ola bilər.