Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub.
Göstərilən müdaxilələrə baxmayraq qadın hadisə yerində ölüb.
Araşdırma aparılır.