Biləsuvarda quşçuluq sexində yanğın olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, Biləsuvar rayonunun Səmədabad kəndində ümumi sahəsi 1800 m² olan quşçuluq sexinin içərisində 50 m² sahədə taxta yonqarı yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sex yanğından mühafizə olunub.