12 Yanvar 10:37
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhəri ərazisində silah-sursatların aşkar olunması istiqamətində təsbirlərin görülməsi davam edir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildir8ilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 11-də Xankəndi şəhəri ərazisində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər