Sabirabadda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Sabirabad şəhəri, Heydər Həmidov küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.