Polşanın Suxednyuv şəhərində bir ailə evlərinin altında İkinci dünya müharibəsi dövründən qalmış partlamamış mərmi aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, sursat təmir zamanı tapılıb.
Hadisə yerinə gələn polis bunun İkinci dünya müharibəsindən bəri evin altında qalmış, çəkisi 50 kq olan partlamamış mərmi olduğunu təsdiqləyib. İstehkamçılar mərmini utilizasiyaya aparıblar.
Ev sakininin bildirdiyinə görə, o, evin altında bomba ola biləcəyi xəbərini nənəsindən eşidib. Qadının sözlərinə görə, 1945-ci ildə evin üzərinə mərmi düşüb, damı, döşəməni deşib və yerə ilişib. O zaman qərara alınıb ki, sursat təhlükə yaratmır, ona görə də onu çıxarmayıblar.