Ukrayna silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisi üzərində vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 24-də Moskva vaxtı ilə saat 20.00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda deyilir.
Fevralın 24-də səhər saatlarında Lipetsk vilayətinin qubernatoru İqor Artamonov Ukraynaya məxsus iki pilotsuz təyyarənin tutulduğunu elan edib.