17 May 21:37
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

“Yaxşı əhval-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, - nazir deyib.

R.Kalinyak əlavə edib ki, sonrakı müalicəni qiymətləndirmək üçün daha bir neçə gün lazım olacaq. “Tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq”, - o əlavə edib.

Bundan əvvəl Ruzvelt adına xəstəxananın direktoru Miriam Lapunikova hazırda Slovakiya baş nazirinin huşunun özündə olduğunu və intensiv terapiya şöbəsində olduğunu bildirib.


Müəllif: Teleqraf.com