17 May 21:48
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda revanşistlər delimitasiyanın “qeyri-qanuni” aparıldığını iddia edən savadsız keçmiş diplomatların yalanlarını tirajlayır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert revanşistlərin sərhədlərlə bağlı bir sıra tarixi faktları saxtalaşdırmağa çalışdıqlarını bildirib:

“Revanşist erməni saxtakarlığı delimitasiyanın “qeyri-qanuni” aparıldığını iddia edən savadsız keçmiş diplomatlarının yalanlarını tirajlayır.

Xüsusilə “1983-1988-ci illərdə SSRİ Nazirlər Sovetinin üç qərarı əsasında iki sovet respublikası arasında yaradılmış komissiyaların işinin yekunları və son dəqiqləşdirmələri əsasında imzalanmış, ətraflı təsviri olan 182 protokol”a istinad edirlər. Nəticədə bütün 975 kilometrlik Ermənistan-Azərbaycan sərhədi (Naxçıvan da daxil) faktiki olaraq demarkasiya olunmuşdu. Protokolların əsli saxlanılmaq üçün SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya İnstitutuna verilmiş, hər biri bir nüsxə Ermənistan və Azərbaycan SSR Ali Sovetlərinə göndərilmişdi. SSRİ Nazirlər Sovetinin nəzarəti altında olan protokollar əsasında 1988-ci ildə açıq və hamı üçün əlçatan olan rəsmi xəritə nəşr edilmişdi.

Komissiya ikitərəfli idi, ona Azərbaycan və Ermənistan SSR Nazirlər Sovetləri sədrlərinin müavinləri rəhbərlik edirdi. Komissiya 1984-cü ilin dekabrından 1988-ci ilin yanvarına kimi fəaliyyət göstərib. Bir sıra sərhədyanı ərazilərin mübadiləsinə dair protokol da qəbul edilmişdi. Amma bu protokol ittifaq respublikalarının Ali Sovetləri tərəfindən təsdiq edilmədi. Çünki bu, Qarabağda separatçı hərəkatın başlamasından bir ay əvvəl qəbul olunmuşdu. 1988-ci ilin fevral hadisələrindən sonra Azərbaycan Ali Soveti Ermənistanla delimitasiyası ilə bağlı heç bir qərar verməyib. Buna görə də xəritələrdə dəyişikliklər qeydə alınmayıb. SSRİ Ali Soveti müttəfiq respublikaların Ali Sovetlərinin qarşılıqlı razılığı olmadan inzibati-ərazi bölgüsündə dəyişikliklər edilməsi haqqında qərarları təsdiq edə bilməzdi. 1976-cı ildən sonra dəqiqləşdirici xəritələr tərtib edilməyib.

İnsanlara yalan danışmaq başqa, komissiyaların işi çərçivəsində faktlarla məşğul olmaq başqa şeydir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər