19 İyun 23:39
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

VAZ-21011 markalı avtomobil "Belarus" markalı traktoru ötmək istəyərkən onun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində VAZ-21011 markalı avtomobildə olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər