Şamaxıda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb.
Qurumdan verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Şamaxıda toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Şamaxının Məlikçobanlı kəndində keçirilən toydan sonra 21 nəfər özünü narahat hiss edib. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib.
Hazırda xəstələrin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.//Azərtac