15 Avqust 09:44
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sübh vaxtı Bakıda ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayonu Salyan şossesində yerləşən Jurnalistlər binasının qarşısında Elçin Hüseynov idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

İlkin araşdırmadan sonra ölən piyadanın Səbail MKİB-də süpürgəçi işləyən 1974-cü il təvəllüdlü Həqiqət Abbasova olması məlum olub.

Faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər