8 Sentyabr 09:26
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi “KİA Optima” markalı avtomobil aşıb.

Sürücü aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər