Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayonunda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb.
Nəticədə F. İsmayılov hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.