27 Sentyabr 11:13
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

***

09:56

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Teleqraf.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər