Milli Şuranın martın 15-nə planlaşdırdığı kütləvi aksiya ilə bağlı ziddiyyətli məlumatlar dolaşır. Dünən yayılan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin mitinqinə "yox" cavabı verib.
Maraqlıdır ki, məlumat Milli Şuranın sədri Cəmil Həsənlinin facebook səhifəsində də paylaşılmışdı. Məlumatda qeyd olunurdu ki, guya Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqinə razılıq verməyib və aksiyanın 22 marta keçirilməsini tövsiyə edib, Milli Şura da aksiyanın vaxtını martın 22-nə dəyişib.
C.Həsənli isə sonra mətbuata açıqlamasında qeyd edib ki, onun səhifəsində yayılan məlumat həqiqətə uyğun deyil.
AXCP sədri Əli Kərimli isə ötən gün bildirib ki, mitinq təxirə salınmayıb və BŞİH-dən heç bir cavab almayıblar.
Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı qeyd edib ki, BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə bu gün cavab verib və mitinqin keçirilməsinə razılıq verib.
Ruslan