Deputat: “İstifadəçinin xəbəri olmadan balansından kontur çıxır”
“Mobil operatorlar istifaədçilərə müxtəlif mesajlar göndərir və abunəçi də bilmədən “Ok” düyməsini basır”. Bunu millət vəkili Azər Badamov deyib. O bildirib ki, bununla bağlı qanun sərtləşdirilməlidir: “Çünki, nəticədə istifadəçinin xeyli sayda balansından kontrlar çıxılır. Sonda məlum olur ki, o özü də bilmədən bu xidmətə qoşulub”.
Millət vəkili həmçinin, deyib ki, əcnəbi dillərdə olan reklamlar Azərbaycan dili haqqında qanunun pozulması deməkdir: “Fikrimcə, bütün reklamlar Azərbaycan dilində olmalıdır”.
Nemət