3 Aprel 2015 18:38
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət və tranzit sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir A.Jumabayev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov A.Jumabayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səxavət


Müəllif: