6 Aprel 2015 17:54
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün beynəlxalq təşkilatlar dünyadakı qlobal problemləri həll etmək iqtidarında deyil”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, hazırda dünyada söz sahibi olan dövlətlər öz məqsədlərini həyata keçirməyə çalışırlar. Onun sözlərinə görə, beynəlxalq güclər bütün məsələlərə öz maraqları baxımından yanaşırlar.

“Münaqişələrin həllinə müxtəlif yanaşmalar da bunu deməyə əsas verir. Yaxın Şərqdə yaradılan münaqişələr, qətliamlar bunu deməyə əsas verir. Fakt budur ki, bu gün beynəlxalq hüquq normaları işləmir və bir sıra beynəlxalq qurumlar da müəyyən güclərin təsiri altındadır. Bu vəziyyətdən çıxmaq üçün, BMT-də, o cümlədən digər nüfuzlu beynəlxalq qurumların daxilində ciddi islahatlar aparılmalıdır”, – deyə F.İbrahimli vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər