13 Aprel 2015 16:50
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər tarix boyu xalqımıza qarşı qətliamlar törədiblər”.

Bu fikri Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, ermənilərlə qonşuluq daim soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunub.

Onun sözlərinə görə, hazırda Ermənistan uydurma erməni soyqırımının 100 illiyini qeyd etməyə hazırlaşır: “Amma ermənilərin bu iddiası tamamilə saxta, həqiqətdən uzaqdır. Soyqırımı ermənilər xalqımıza qarşı törədiblər. Xocalı qətliamı da bunun əyani sübutudur. Azərbaycan dövləti, cəmiyyəti soyqırımı həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində sistemli iş aparır. Beynəlxalq birlik bu məsələlərdə obyektiv olmalı, azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər