16 Aprel 2015 17:04
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul etməsi Azərbaycan ictimaiyyətinin də ciddi narazılığına səbəb olub”.

Bu fikirləri Teleqraf.com-a açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, bu faktın özü bir daha sübut etdi ki, beynəlxaqlq təşkilatların fəaliyyətində ikili standarlar höküm sürür: “Bunlar bütün dünyaya göstərdilər ki, əsas istiqamət beynəlxalq hüquq deyil, dini faktordur, dini həmrəylikdir. Artıq demək olar ki, bu Avropa Birliyi deyil, xiristian birliyidir. Nə oldu bunların beynəlxalq dəyərləri? Hara getdi Avropa dəyərləri?! Bütün günü “insan hüqüqları”ndan danışırdılar... Bundan sonra Türk xalqlarının bu təşkilata inamı və etimadı olacaqmı? Qətiyyən. 20 əsrdə elə Avropa Birliyinin üzv olduğu ölkələrin gözü qarşısında erməni vəhşiləri Azərbaycanda Xocalı kimi soyqırım törədiblər. Niyə səsiniz çıxmır? Niyə bir dəfə də olsun hanısısa bir bəyanat qəbul etməməsiniz? Həmin deputatlar Xocalıda tördədilən vəhişliyi öz gözləri ilə görüblər”.

AZAD


Müəllif:

Oxşar xəbərlər