İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri Prezidentə müraciət edib
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan hüquq müdafiəçilərinin növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda vətəndaşlar tərəfindən daxil olunan şikayət ərizələrinə, müraciətlərə baxılıb və İşçi Qrupunun növbəti iclasının gündəliyinə bunlarla bağlı məsələnin salımnası müəyyən edilib. Daha sonra hüquqmü dafiəçiləri ölkə Prezidenti İlham Əliyevə növbəti əfv fərmanı iıə bağlı müraciət qəbul ediblər. Müraciətdə Müsavat Partiyasının başqan müavini, Qarabağ müharıbəsinin veteranı Tofiq Yaqublunun azadlığa buraxılması da xahiş edilib.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yüksək dəyər verən hüquq müdafiəçiləri millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Avropa Oyunları ərəfəsində bir sıra məhbusların azad olunmasına səy göstərməsi xahişilə müraciət qəbul ediblər.
Cavidan