29 Aprel 2015 17:39
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan özünün tarixi keçmişi, mədəniyyəti, ənənələri olan bir dövlətdir. Eyni zamanda biz sülhpərvər bir dövlətik”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, təəssüf ki, Ermənistan uzun illər Azərbaycan əleyhinə təbliğat aparıb, ölkəmiz barədə mənfi rəy yaratmağa çalışıb: “Amma son illər Azərbaycan tərəfindən bununla bağlı sistemli iş aparılıb. Heydər Əliyev Fondu, qeyri-hökumət təşkilatları, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda da bu sahədə lazımi işlər görür ki, öləmizin sülhpərvər olması, işğala məruz qalması və bütövlükdə Azərbaycan həqiqətləri dünyaya çatdırılsın.

Fikrimcə, Birinci Avropa Oyunları idman bayramından daha çox bu baxımdan əhəmiyyətlidir. Bizdə “Avroviziya” mahnı müsabiqəsi oldu, ola bilsin, Avropanın qədim ölkəsi üçün bu, sıradan bir tədbirdir. Amma Azərbaycan üçün böyük bir şans idi. Misal üçün, Avstraliyada, Sidneydə olarkən məndən haradan olduğumu soruşanda Azərbaycandan olduğumu dedim. Təsəvvür edin ki, onlar ölkəmizin gözəlliyi haqqında danışaraq deyirdilər ki, bizim bundan xəbərimiz olmayıb, lakin “Avroviziya”da bunu gördük. Uzaq Avstraliyada adi insanlarda məhz mahnı yarışması vasitəsilə bir təəssürat yarada bilmişik. I Avropa Oyunları isə onadan daha möhtəşəm və vacib tədbirdir”.

S.Məmmədovun sözlərinə görə, məhz I Avropa Oyunları Azərbaycana qarşı əks-təbliğat quranların yaratdığı yalançı mənfi rəyi alt-üst edəcək: “Buna görə də ölkəmizə qarşı “qara piar” kampaniyası aparırlar. Hesab edirəm ki, sistemli qarayaxma kampaniyasına qarşı sistemli də mübarizə aparmaq lazımdır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər