4 May 2015 14:21
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat Partiyasında hazırda davam edən repressiyanın əsasını keçmiş başqan İsa Qəmbər qoyub. O, Müsavat Partiyasının sentyabrın 26-da keçirilən qurultayına 30 gün qalmış heç bir ciddi əsas gətirmədən məni müşavirlikdən azad etdi. 1937-ci ilin ab-havasını xatırladan həmin addım bu gün də davam etməkdədir. Partiyada müsavatçılıq ideologiyasından əsər-əlamət yoxdur".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsinin üzvü, Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik Vurğun Əyyubun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib.

Hüseyn Məlik bildirib ki, çoxları baş verənlərə görə Arif Hacılını ittiham edir, amma mən fərqli düşünürəm: "Hesab edirəm ki, Müsavatdakı repressiya dalğasını İsa Qəmbər başladıb. Bu gün Arif Hacılı İsa Qəmbərin başlatdığı pis ənənəni davam etdirir. Müsavat "Əhrar" boyda partiya olacaq".

H.Məlik qeyd etdi ki, üzvlük haqqını ödəmədiyi üçün kiminsə Müsavat Partiyasından uzaqlaşdırılması gülməlidir: "Müsavat Partiyası üzvlərinin 95 faizi üzvlük haqqı ödəmir. Guya İsa Qəmbər, Arif Hacılı üzvlük haqqı ödəyir? 8 il Müsavatın Səbail rayon təşkilatının sədri olmuşam. Çox az sayda adam üzvlük haqqı ödəyirdi. İstəsələr belə, hər kəsdən üzvlük haqqı yığa bilməzlər".

Ayxan


Müəllif:

Oxşar xəbərlər