ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan prezidenti ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, həmsədr Ceyms Uorlik bu barədə öz rəsmi Twitter səhifəsində yazıb. Minsk Qrupunun nümayəndəsi qeyd edib ki, Vaşinqtonda Serj Sarkisyanla görüşmək imkanı olub:
"Mən doğma şəhərim Vaşinqtonda Ermənistan prezidentini salamlamağa çox şad oldum. Biz bu axşam Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət edə bildik", - deyə Ceyms Uorlik qeyd edib.
Ayxan