Sabah Milli Suranın mitinqi keçiriləcək. Artıq aksiya Bakı Səhər Icra hakimiyyəti ilə razılaşdırılıb. Dünən bəlli olub ki, Milli Suranın mitinqində yalnız şura üzvləri və AXCP iştirak edəcək. Olkədə fəaliyyət göstərən digər partiyalar isə aksiyaya qatılmayacaq.
Belə ki, iki gün öncə “Azadlıq-2015" Seçki Blokunun toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran məsələlər müzakirə edilib. Eləcə də, I Avropa Oyunları məsələsi haqqında fikir mübadiləsi aparılıb, qeyd edilib ki, hər bir vətəndaş bu oyunlara ciddi yanaşmalıdır.
Lakin Milli Suranın şənbə günü keçirəcəyi aksiya ilə bağlı hər hansı bir müzakirə açılmayıb. Bu isə o deməkdir ki, KXCP, AzDP, Azadlıq, Xalq, Aydınlar, Böyük Azərbaycan, VIP və ALDP Milli Suranın şənbə aksiyasında iştirak etməyəcək.
Ən maraqlısı odur ki, Aydınlar Partiyası Milli Surada fəaliyyət göstərsə də, bu qurumun tədbirlərində faktiki olaraq gözə dəymir.
Müsavat Partiyası da 30 may mitinqinə qatılmayacaq. Partiyadan deyiblər ki, bu məsələ rəsmi strukturlarda müzakirə edilməyib və müzakirəyə ehtiyac da duyulmayıb. Müsavat rəsmi olaraq mitinqdə təmsil olunmayacaq.
ADP və Umidin təmsil olunduğu “Qarabağ” Bloku da Milli Suranın mitinqinə qatılmayacaq. Bu qurumda deyiblər ki, Milli Suradan onlara dəvət göndərilməyib. Bu partiyalar yalnız özləri təşkilatçısı olduğu tədbirlərdə iştirak edə bilər.
AMIP isə indiki məqamda mitinqlərin keçirilməsinə ehtiyac duymur və həm də aksiyalar üçün cəmiyyətdə sosial sifarişin olmadığı qənaətindədir.
Lalə Sövkətin lideri olduğu Liberal Partiya isə ümumiyyətlə, Milli Sura ilə təmaslarını kəsib və bu proseslərdə iştirakçı olmaq istəmir.
Beləliklə də, ölkənin müxalifət partiyalarının gündəmində Milli Suranın mitinqində iştirak etmək məsələsi yoxdur.
CAVIDAN