29 May 2015 13:51
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev: "Liderlərinə baxıb utansınlar"

BAXC sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı I Avropa Yay Oyunlarının başlaması münasibəti ilə hər kəsi təbrik edib.

Teleqraf.com-un məlumatına görə, deputat qeyd edib ki, çox qısa müddət ərzində böyük işlər görülüb: “Bunun üçün məsul şəxslərə öz minnətdarlığımı bildirirəm. Müzaлirə olunan məsələyə gəlincə, bildirmək istəyirəm ki, büdcədən səhiyyəyə, elmə çox az vəsait xərclənib. Hər dəfə burada söylənilir ki, bu xərclər artırılmalıdır. Eyni zamanda Naxçıvan blokadada olduğu üçün ora xüsusi diqqət göstərilməlidir. Ölkə başçısı da özünün ehtiyat fondundan bu bölgəyə xeyli yardım edib. Hökumət də adıçəkilən bölgəyə qeyd etdiyim kimi xüsusi diqqət ayırmalıdır”.

Millət vəkili Milli Şura adlanan qurumun 30 may tarixinə mitinq təyin etməsinə də münasibət açıqlayıb və onları ciddi şəkildə tənqid edib:

“Bildirirlər ki, kim meydana gəlməsə, qorxaqdır və sair. Hesab edirəm ki, bu, doğru deyil. İnsanları təhqir edə bilməzlər. Onlar söyləyirlər ki, biz azərbaycanlı olmağımızdan utanırıq. Utansınlar ki, başlarına lider seçdikləri şəxs kimdir. Bu adamların çağırışı ilə insanlar nə üçün küçələrə çıxmalıdırlar. Bunlar sadəcə olaraq öz daxili savaşlarını aparırlar. Hər biri öz mənafelərinə görə, Azərbaycan xalqını təhqir edib bildirirlər ki, mitinqə gəlməsəniz, qorxaqsınız. Mitinqə gedənlərə deyirəm ki, siz öz qürürunuzu qoruyun və kimin ətrafında toplaşdığınıza baxın. Lider dedikləri insana baxsınlar. Cəmil Həsənli bizim deputat həmkarımız olub. O, dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla isə tanışıq. Ona görə də, deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa. Gəncə hadisələrində isə Surət Hüseynovun etdiklərini hamı gördü. Belə insanlara niyə etimad edilməlidir ki? Əli Kərimli dövlət katibi olaraq güc strukturlarını koordinasiya edirdi. Amma Gəncədə üsyan qalxandan az sonra hüquq-mühafizə orqanları pat vəziyyətinə düşdü. Sürətin adamları gəlib icra başçılarını “Jiquliyə” qoyaraq aparırdılar. Bu insanlara cəmiyyət niyə etimad göstərməlidir?”.

Nemət


Müəllif:

Oxşar xəbərlər