Bu gün ADP qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, blok ATƏT sədrinin ölkəmizə səfəri ilə bağlı məsələyə münasibət bildirib və yeni sədrin əvvəlki illərdən fərqli olaraq istər Qarabağ probleminin tənzimlənməsi, istərsə də regionda sülhün və təhlükəsizliyin qorunması istiqamətində obyektiv və ədalətli mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu ifadə edib. Blok üzvləri ATƏT-in Azərbaycan xalqı və dövləti qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, eyni zamanda ATƏT-in Minsk qrupunun bu günə qədər Dağlıq Qarabağ probleminin həllində heç bir ciddi irəliləyişə nail ola bilməməsini bütünlükdə bu təşkilatın iflasa uğraması kimi dəyərləndirib.
Qarabağ Bloku Birinci Avropa Oyunları ilə bağlı ölkəmzidə görülən hazırlıq işləri aparılmasını, təhlükəsizlik tədbirləri görülməsini, şəhərin abadlaşdırılması, yeni infrastrukturların yaradılması və paytaxtımıza gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün görülən tədbirləri təqdir edib.
Blok üzvləri ADP sədri S.Cəlaloğlunu 61 yaşının tamam olması münasibəti ilə təbrik edib, ona siyasi fəaliyyətində nailiyyətlərə və şəxsi həyatında xoşbəxtliyə çatmasını arzulayıb.
Cavidan