İran və Azərbaycan arasında qarşılıqlı investisiya qoyuluşunun səmərəliliyini öyrənmək məqsədilə birgə komitə yaradılacaq. Bu barədə İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia məlumat verib.
O, əlavə edib ki, hər iki tərəfdən komitəyə daxil ediləcək mütəxəssislər hansı sahələrə sərmayə qoyuluşunun daha səmərəli olmasını və digər məsələləri öyrənib hesabat hazırlayacaqlar. Bundan sonra sərmayələrin yatırılması barədə qərar qəbul ediləcək.
Ə.Tayebnia diqqətə çatdırıb ki, İranın “Araz” iqtisadi zonası Azərbaycan ilə sərhəddə yerləşir və azərbaycanlı iş adamlarının bu zonaya sərmayə qoyması səmərəli olar.
Səxavət