17 Avqust 2015 14:54
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azad Demokratlar Partiyasının qarşıdan gələn parlament seçkilərində indiki halda iştirakının mümkünsüzlüyü barədə məlumatlıyıq və bundan narahatıq. Məsələ dəfələrlə "Azadlıq-2015" seçki blokunda müzakirə olunub və Azad Demokratlar Partiyasının qeydiyyata alınması üçün aidiyyatı qurumlara müraciət olunub. Hətta deyərdim ki, biz bu məsələni partiyanın özündə olduğundan daha çox müzakirə etmişik. Amma hələ nəticə yoxdur. Əgər buna görə Sülhəddin Əkbər və onun rəhbəri olduğu partiyanın digər təmsilçiləri bloku tərk etmək barədə qərar verəcəklərsə, biz onlara heç nə deyə bilmərik".

Bunu Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu AZDP sədri Sülhəddin Əkbərin "Azadlıq-2015" seçki blokuni tərk edəcəklərinə dair fikirlərinə münasibət bildirərkən qeyd edib.

M.Mirəlioğlu bildirdi ki, "Azadlıq-2015" bütün hallarda seçkilərdə iştirak edəcək: "Hazırda 59 dairə üzrə namizədlərimiz müəyyənləşdirilib. Toqquşan namizədlər barədə müzakirələr aparıb seçim edəcəyik. Birmənalı şəkildə qeyd edə bilərəm ki, biz seçkiləri boykot etmək niyyətində deyilik. Çünki boykot çıxış yolu deyil və effekti yoxdur".

KXCP sədri özünün də seçkilərdə iştirak edəcəyini bildirib: "Hansı dairədən namizədliyimi verəcəyim hələ qətiləşməyib. Əvvəlki seçkidə olduğu kimi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən də, digər dairədən də namizədliyimi irəli sürə bilərəm. Məsələ partiya daxilində müzakirə olunacaq. Ondan sonra qərar verəcəyik".

Ayxan


Müəllif:

Oxşar xəbərlər