22 Sentyabr 2015 10:19
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Martin Şultza etiraz məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, etiraz məktubunda Ann-Mari Lizin Azərbaycanda qadınlarla bağlı həyata keçirdiyi fəaliyyət haqqında təəssüratlarını, həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfünü bölüşmək istədiyini qeyd edib: “Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.

Bir qrup azərbaycanlı qadın ilə birlikdə Avropa Parlamentinin Azərbaycan qarşı qəbul etdiyi son qətnaməsini oxudum. Tərəfdaşlar arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Aİ-nin regiondakı gücünü azaldır”.

Ann-Mari Lizin bildirib ki, əgər müsbət bir nəticənin əldə olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq: “Azərbaycan və digər Şərq tərəfdaşlarımız ilə daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin gördüyüm qədəri ilə Avropa Parlamentinin qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş verməlidir.

Siz sədr olaraq dialoqun bərpası üçün düzgün təkan verə biləcək yeganə şəxssiniz. Tamamilə Rusiyanın təsiri altında olan lakin Avropa dairələri tərəfindən heç vaxt tənqid olmayan Ermənistan nümunəsi olduğu üçün, Azərbaycan özünü ikili standartların qurbanı hiss edir. Niyə biz Ermənistandakı məsələləri heç vaxt gündəmə gətirmirik, əvəzində fokusda yalnız Azərbaycan olur? Bir çox azərbaycanlı bu ikili standartı görür və bu, öz növbəsində, Aİ-nin regiondakı səylərinin mümkün müsbət təsirlərini azaldır.

Çox ümid edirəm ki, siz, sədr kimi Azərbaycanla dialoqun yenidən qurulması və məsələlərin konstruktiv şəkildə müzakirəsinə yönəlmiş addımların atılması üçün Avropa Parlamentindəki dairələrə təsir göstərəcəksiniz”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər