28 Sentyabr 2015 20:59
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Qarabağ Təbliğat Turu” çərçivəsində Türkiyəyə səfərə gedib.

QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, səfərdə onunla birlikdə QAT İdarə Heyətinin üzvləri, Qarabağ döyüşçüləri Rəhman Cəfərov, Hüseyn Hüseynov, Qarabağ müharibəsinə dair məlumat xarakterli “Yaddaş” filminin rejissoru Elxan Xanəlizadə iştirak edir. Səfərdə məqsəd Qarabağ həqiqətlərinin geniş dairələrə çatdırılması, yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin qardaş ölkənin terrora qarşı mücadələsinə ictimai dəstək verməkdir.

QAT nümayəndə heyəti bir həftə ərzində Türkiyənin müxtəlif yerlərində rəsmi və qeyri-rəsmi görüşlərin, konfransların, dəyirmi masaların keçirilməsini, kitabların və QAT-ın hazırladığı “Yaddaş” filminin disklərinin nümayişini və paylanmasını nəzərdə tutur. Səfər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəsətklədiyi layihə çərçivəsində həyata keçirilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər