Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qurultaya hazırlaşır. Məlumata görə, yaxın aylarda partiyanın qurultayı keçiriləcək. Artıq qurultayla bağlı təşkilati işlər başa çatmaq üzrədir, rayon konfransları keçirilib, qurultay nümayəndələri seçilib.
VHP sədri, xalq şairi, DAK rəhbəri, deputat Sabir Rüstəmxanlı elan edib ki, qurultayda namizədliyini irəli sürməyəcək. Qeyd edək ki, Rüstəmxanlı deputatlığa da namizədliyini irəli sürməyib. Ancaq müşahidələr göstərir ki, indiki halda VHP-də Sabir Rüstəmxanlını əvəz edəcək ikinci bir siyasi lider yoxdur. VHP-də ikinci şəxs hesab olunan Rafiq Manaflının isə sədrlik iddiası yoxdur.
Artıq VHP-də Sabir Rüstəmxanlının yenidən sədr seçilməsi fikirləri güclənməyə başlayıb. Müşahidələr göstərir ki, qurultay nümayəndələri Rüstəmxanlının sədr kimi qalması üçün ciddi dirəniş və iradə ortaya qoyacaq.
Cavidan