14 Oktyabr 2015 12:09
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-ə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində bu gün seçki bülletenlərinin nəşr olunmasına başlanılıb.

Teleqraf.com-un məlumatına görə, parlamentə seçkilərlə əlaqədar 125 dairə üzrə ümumilikdə 5 milyon 344 min 431 ədəd bülleten çap olunacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanılacaq.

Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanılıb. Seçki Məcəlləsinə uyğun olaraq, seçki dairələri üzrə deputatlığa namizədlərin dəqiqləşməsinə uyğun olaraq, seçki bülletenlərinin çapı prosesi seçki gününə 10 gün qalmış, yəni oktyabrın 22-də yekunlaşdırılacaq.


Müəllif:

Oxşar xəbərlər