20 Oktyabr 2015 15:43
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Açığı bu cür münasibət gözləmirdim. Arif Hacılının bu cür açıqlamasına münasibətim çox mənfidir. Azərbaycan müxalifətində mənim qədər cəsarət tapıb, Əli Kərimlini Azərbaycan xalqının yaxasından düşürmək istəyən adamlar çox azdır. Eyni zamanda atdığım addımla Arif Hacılının özünü də xilas etmiş oldum".

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı narazı cəbhəçilərin birləşdiyi təşkilatın sədri Razi Nurullayev Müsavat Partiyasının başqanı Arif Hacılının "Biz AXCP olaraq Əli Kərimlinin rəhbərlik etdiyi qurumi tanıyırıq" fikirlərinə münasibət olaraq sosial şəbəkədə paylaşıb.

R.Nurullayevə görə, Ə.Kərimlinin qarşısı alınmasa idi o, yalançı qəhrəmanlıqla digər siyasi qurumları sıradan çıxaracaqdı: "Əli Kərimli hazırda Müsavat Partiyasını sıradan çıxarmış kimi görünür. Heç bir zaman Müsavat Partiyası ilə qarşıdurmaya getmək istəmirəm. Müsavat və digər müxalifət partiyaları bilməlidir ki, Azərbaycan müxalifətinin bir problemi var, o da Əli Kərimlidir. Biz bu problemi aradan qaldırmaq üçün çalışdıq. Arif Hacılının ətrafında olan insanlar mənə deyib ki, siz eyni zamanda Arif Hacılını da xilas etmiş oldunuz. Əli Kərimlinin və onun başçılıq etdiyi qanadın bir nömrəli məqsədi Müsavat Partiyasını sıradan çıxarmaqdır. Biz bunun da qarşısını aldıq, ona görə də, əslində Arif Hacılı bizə minnətdar olmalı idi".

Ayxan


Müəllif:

Oxşar xəbərlər