24 Oktyabr 2015 09:53
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən irəli sürdüyü namizədini geri çəkib.

Axar.az xəbər verir ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini, YAP-ın 17 saylı Seçki Dairəsindən olan namizədi Lalə Əhmədovanın adı artıq Mərkəzi Seçki Komissiyasının siyahısında yoxdur. Lalə Əhmədova həmin dairənin favoriti hesab edilirdi.

Qeyd edək ki, şəxsin namizədliyini geri götürmək barədə qərarı rəsmiləşəndə Mərkəzi Seçki Komissiyasının saytından namizədin adı da çıxarılır.

Hazırda sözügedən dairədə artıq YAP öz namizədi ilə mübarizə aparmayacaq. Seçki rəqabəti Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Elşad Həsənov (hüquqşünas, bitərəf), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayeva arasında gedəcək.


Müəllif:

Oxşar xəbərlər