27 Oktyabr 2015 20:22
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Forward” jurnalının Yaxın Şərq, Avrasiya və postsovet respublikaları üzrə ixtisaslaşmış avstraliyalı siyasi icmalçısı Castin Emlerin “Azərbaycanın maraqlı tarixi və yəhudilərlə yanaşı yaşama” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Qərbi Avropada artan antisemitizmdən danışılır ki, bu da öz növbəsində 1930-cu illərdə Avropada yəhudilər əleyhinə cinayətkarlığı xatırladır. Müəllif yazır ki, antisemitizm haqqında pis xəbərlərə baxmayaraq, bir mühüm istisna var. Bu, Azərbaycanda yəhudilərin müsəlmanlarla yanaşı yaşamasıdır. C.Emler qeyd edir ki, Qərbi Avropadan və ərəb ölkələrindən fərqli olaraq Azərbaycanda otuz minlik yerli yəhudi icmasına münasibətdə heç bir antisemitizm halı yoxdur.

Müəllif yazır ki, Azərbaycanda yəhudilərin tarixi antik dövrə gedib çıxır. Burada yəhudilərə münasibətdə tolerantlıq inkişaf edib, ölkənin indiki rəhbərliyinin siyasəti və Azərbaycan xalqının təbii qonaqpərvərliyi sayəsində də davam edir.

Bildirilir ki, İsrail və Azərbaycan icmaların tarixi əlaqələrinə əsaslanaraq 1992-ci ildə diplomatik münasibət yaradıblar. Azərbaycan İsrailin idxal etdiyi neftin 40 faizini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə təchiz edir, iki ölkə arasında əmtəə mübadiləsi isə dörd milyard dollar təşkil edir. Bu ölkələrin əlaqələri göstərir ki, İsrail və müsəlman ölkəsi olan Azərbaycan arasında münasibətlər digər müsəlman ölkələri üçün nümunə ola bilər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər