2 Dekabr 2015 18:17
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada ikili standartlar davam etdikcə, terror hadisələri də davam edəcək. Terrorçuluq da müharibələr kimi can almaqda davam edəcək. Ya terrorla yaşamağa alışacağıq, ya da terror səbəb olan amilləri müəyyənləşdirib aradan qaldırmalıyıq”.

Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, terrorçuluğun qarşısının alına bilinməməsinin mühüm səbəblərindən biri də cəmiyyətlərdə bilik, savad səviyyəsinin müxtəlifliyidir. Onun sözlərinə görə, bilik səviyyəsi yüksək olan cəmiyyətlərdə terrorun hansısa bir məsələnin həllində rol oynayacağını qəbul etmirlər. Ancaq belə cəmiyyətdə yüksək bilik və savad olmasına baxmayaraq terror bu cəmiyyətlərin özlərinə həmlə edənə qədər, digər yerlərdə baş verən terror aktlarına elə də ciddi münasibət göstərmirlər.

“Buna misal olaraq 2001-ci ildə 11 sentyabrda ABŞ-da və bu il 13 noyabrda Parisdə baş verən terror aktlarını göstərmək olar. Bu hadisələrə qədər dünyanın bir çox bölgələrində terror aktları, müharibələr hər gün minlərlə günahsız insanların həyatına son qoyanda bu ölkələr eləcə dünyanın digər aparıcı, inkişaf etmiş ölkələri baş verənlərə biganə qalırdılar. Ancaq öz ölkələrində bu hadisələr baş verəndə bütün dünyada aparıcı KİV-in, dövlət rəsmilərinin diqqəti bu hadisələrə yönəldilir. Bu bir daha dünyada ikili standartların mövcudolduğunu subut edir. Rəsmi məlumatlara görə terrorizm qurbanlarının sayı 2000-ci ilə nisbətən 2015-ci ildə 9 dəfə artıb. Terrorizim öz-özünə baş vermir. Təəssüf ki, bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün bu yodan istifadə edirlər. Ümumiyyətlə, dünyada terrorizmin qarşısını tamamilə almaq mümkün deyil. Ancaq onun azalması üçün müvafiq tədbirlər görülə bilər. Bunun üçün dünyada sülh və ədalət bərqərar olmalı, dünya ictimaiyyəti, birinci növbədə dünyanın aparıcı dövlətləri terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar”, – deyə R.Əliyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər