Bu gün Bakıda Rumıniya səfirliyi tərəfindən icra edilən NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyinin 4-cü mandatının birinci ilinin yekununa həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirin əvvəlində qonaqlar "Günəşli" yatağındakı faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu ölkəsinin Rumıniyanın NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi qismində fəaliyyətindən danışıb, NATO-nun Brüsseldə ictimai diplomatiya bölməsinə və NATO-nun Tbilisidəki ofisinə təşəkkürünü bildirib.
NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu isə bildirib ki, NATO gələcəkdə də Azərbaycanla əməkdaşlığı davam etdirəcək.