19 Dekabr 2015 19:15
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyev ona qarşı irəli sürülən ittihamlara cavab verib.


R.Quliyev deyib ki, müxalifətdə yaradılan birliklərin dağıdılması işində onun adının çəkilməsi ciddi yanaşma deyil. Quliyev əlavə edib ki, hazırda müxalifətdə olan şəxslərin düşüncələrində ciddi bir dəyişiklik baş verməyib. O, əlavə edib ki, mərhum prezident Əbülfəz Elçibəy ABŞ-a səfər edən zaman onun qaldığı mehmanxanaya gedərək 2 saata yaxın müzakirə aparıb. Müzakirələrdə müxalifətin birləşə bilməməsinin səbəbləri önə çəkilib. Quliyev qeyd edib ki, Əbülfəz Elçibəy müxalifəti birləşdirmək istəsə də, mümkün olmayıb. Əlavə edib ki, özü də, dəfələrlə bu istiqamətdə addımlar atıb, lakin bu addımların heç bir nəticəsi olmayıb. Çünki müxalifətdə “başbilənlik” edənlərin səviyyəsi buna imkan vermir. Odur ki, indiki müxalifətin ciddi birlik yaradacağı ehtimalı sıfıra yaxındır.

Eks-spiker Milli Şuranın yaranmasını, daha sonra isə dağılmasını buna misal olaraq çəkib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər