2 Mart 2016 19:13
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib

Nəsimi rayon Məhkəməsində həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb.

F. Mehdiyev bildirib ki, bu gün F. Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Nəsimi rayon Məhkəməsi vəsatəti təmin etməyib.

F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.


Müəllif:

Oxşar xəbərlər