15 Mart 2016 19:26
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentin rəhbərliyi altında Azərbaycan hökumətinin 2015-ci il üçün fəaliyyətini müsbət qiymətləndirirəm. Prezidentin rəhbərliyi altında düzgün və müstəqil xarici siyasət nəticəsində öz mövqelərimizi qoruyub saxladıq. 2015-ci ildə Avropa Oyunları və parlament seçkiləri keçirildi”.

Bunu parlamentdə çıxışı zamanı YAP icra katibinin müavini Siyavuş Novruz deyib.

S.Novruzov bildirib ki, 2015-ci ildə Avropa Parlamenti Azərbaycanla bağlı 4 qətnamə qəbul edib ki, bu da təzyiq xarakterli olub: “O cümlədən də ATƏT-in Varşava Bürosunun fəaliyyəti olub. Bəzi siyasi qüvvələr də onlara daxildən dəstək verib. 2015-ci ildə insanlar təqaüdlərini, əmək haqlarını alıblar. Ölkədə tikinti və bütün istiqamətlərdə fəaliyyət olub”.

Komitə sədri təklif edib ki, konserv zavodları, emal müəssisələri vergidən azad edilsin: “Hər bir rayonda belə bir müəssisənin işləməsi həm də yerlərdə iş probleminin aradan qaldırılması deməkdir”.

Ünvanlı sosial yardım haqqında danışan S.Novruzov deyib ki, buna baxış dəyişməlidir: “Pul verməklə məsələ həll edilən deyil. Əgər biri inək sağmağı bacarırsa, ona inək alıb vermək lazımdır, başqa biri dərzidirsə, ona paltartikən avadanlıq verilməlidir. Mən bildiyim qədər bu istiqamətdə müəyyən islahatların aparılması nəzərdə tutulur. Yəqin ki, bu məsələyə yeni baxış olacaq”.
Nemət


Müəllif:

Oxşar xəbərlər