18 Mart 2016 12:29
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Olduqüca əhəmiyyətli qanun layihəsini müzakirə edirik. Azərbaycan nüvə ilə bağlı bütün sazişlərə qoşulub və Beynəlxalq Nüvə Agentliyinin fəaliyyətində iştirak edir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev səsləndirib.

Millət vəkili deyib ki, bu layihədə Azərbaycan tərəfinin xüsusi bir qeydi var: “Azərbaycan dəfələrlə qeyd edib ki, işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistanın atom elektrik stansiyasının tullantıları basdırılır. Vaxtilə Faktaraşdırıcı Missiya bunu araşdırıb. Mən bu imkandan istifadə edərək bir daha qeyd edirəm ki, işğalçı ordu bu ərazilərdən çıxarılmalı, ərazilər təmizlənməlidir. Məncə, beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya verməlidir. ATƏT regionda təhlükəsizlik və sülh məsələləri ilə məşğul olmalıdır. Odur ki, Azərbaycan tərəfinin bu qeydi yerindədir”.

Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycan tərəfinin düzəlişə etdiyi qeyd onun mövqeyinin göstəricisidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər