“Bu qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, aprelin əvvəlində Vaşinqtonda keçiriləcək Nüvə Sammiti öncəsi əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev də bu sammitdə iştirak edəcək. Bu mənada hesab edirəm ki, sözügedən qanun layihəsinin qəbulu müsbət addım olardı”.
Teleqraf.com xəbər verir ki, bunu “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirli deyib.
O, əlavə edib ki, Vaşinqtonda nüvə sammiti ərəfəsində Ermənistan təkcə dövlət terrorunu dəstəkləmir: “Bu ölkədən həm də nüvə terroru gözləmək olar. Biz Metsamor atom elektrik stansiyasına terrorizm aspektindən də yanaşa bilərik. Çünki bu, təhlükə mənbəyidir”.
Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycan tərəfi Metsamor stansiyasının məsələsini daima qaldırır: “Cənab Prezident MAQATE-nin toplantısında da qaldırıb. İndi yazırlar ki, erməni tərəfi bu stansiyanın tullantılarını işğal edilən ərazilərimizdə basırıb. Mən bunu istisna etmirəm, ola bilər. Ancaq biz işğal edilən ərazilərimizi azad edək, əlbəttə, bu tullantıları təmizləmək üçün imkanımız olacaq”.
Nemət