25 Mart 2016 11:16
2 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu ABŞ-dan Bakıya qayıdır.

Teleqraf.com Q. İbadoğlunun yaxınlarına istinadən xəbər verir ki, hazırda ADR Hərəkatının sədri vətənə ddönmək əhval-ruhiyyəsindədir. Yeri gəlmişkən, gecə saatlarında Q. İbadoğlunun özü də, Bakı səfəri haqqında facebook səhifəsində məlumat yayıb: “Beş sərnişinin bir illik pal-paltarlarını, dəftər-kitablarını güclə bu çamadanlara doldurdub, səfər əhval-ruhiyyəsi ilə günlərimizi sayırıq. Arzum budur ki, bütün gedənlər sağ-salamat, alnı-açıq, üzü-ağ vətənə dönsün”.

Məlumat üçün qeyd edək ki, Q. İbadoğlu bir ilə yaxındır ki, layihə əsasında Amerikada yaşayır və işləyir. O, iqtisadçı professor olaraq ABŞ-ın Dyuk Universitetində çalışıb və özünün dediyinə görə, yüksək əmək haqqı alıb.

Yeri gəlmişkən, bildirək ki, Q. İbadoğlu Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olub, daha sonra başqan seçkilərində, qurultaya qədər olan müddətdə saxtakarlıq olduğunu əsas gətirərək partiyadan ayrılıb, ADR Hərəkatını qurub. Hazırda Müsavatın bir sıra tanınmış simaları məhz bu hərəkatda birləşib. Q. İbadoğlu hələ bir il əvvəl ABŞ-a gedərkən İsa Qəmbərə və Arif Hacılıya bağlı şəxslər bəyan edirdilər ki, İbadoğlu nə yaxşı ki, başqan seçilməyib.

Çünki Müsavat başqanı seçilən şəxsin bir il müddətində ABŞ-a getməsi partiyanı pis duruma sala bilərdi. Açıq görünürdü ki, Müsavatın sabiq başqanı İsa Qəmbər və indiki başqanı Arif Hacılı Qubad İbadoğlunun partiyanı dağıtmaq, üzvlərini yaratdığı hərəkata aparmaq xəttinə qarşı idi və bu səbəbdən də ortada düşməni münasibətlər yaranmışdı. İndi demək olar ki, İsa Qəmbərin düşməni vətənə qayıdır.

Cavidan


Müəllif:

Oxşar xəbərlər