Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin başçılığı ilə partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb.
YAP-dan Teleqraf.coma verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə iki ölkənin münasibətlərinə, habelə hakim partiyalar arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları – YAP Siyasi Şurasının üzvü Musa Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, deputatlar Naqif Həmzəyev, Şahin İsmayılov, habelə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və birliyin üzvü Elmar Məmmədov daxildir.
Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.
Səxavət